Layihəçi-mühəndis

Vakansiya

“NewCond” “HVAC sistemləri üzrə layihəçi-mühəndis ” vakansiyası elan edir.

İş barəsində məlumat:

– Qiymət təkliflərinin və heasbatlarının hazırlanması;
– Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması;
– Avadanlıqların yükünün (gücünün və ya məhsuldarlığının) hesablanması və avadanlıqların seçilməsi, layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
– Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi;
– Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur;
– Əməkhaqqı 1000-1200 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır;
– Müsahibənin nəticəsinə əsasən namizədin əməkhaqqı daha yüksək ola bilər;
– İş qrafiki : Bazar ertəsi – Şənbə, saat 9:00 dan 18:00 -a kimi
– Qeyri iş günləri: Bayram və bazar günləri

Namizədə tələblər:

– Yaş həddi: 25-45, Cinsi: Kişi
– Qazanxana, Çiller, VRF (VRV) və havalandırma sistemləri üzrə biliklərin olması;
– Müvafiq ixtisas üzrə təhsilin olması;
– Bu sistemlər üzrə ən azı 3 illik iş təcrübəsinin olması
– AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı
– Rus və İngilis dillərində minimum bilikləri olan və terminləri bilən namizədlərə daha çox üstünlük veriləcək
– Sürücülük vəsiqəsinin olmasına və avtomobil idarəetmə qabiliyyətinə görə əlavə üstünlük veriləcək
– Səliqəli, nizam intizamlı, kollektivlə işləməyi bacaran, tapşırıqları yerinə yetirən, çalışqan, işini sevən olmalı

CV-lərinizi hr@newcond.az ünvanına “HVAC layihəçi-mühəndis” başlığı ilə göndərməyiniz xahiş olunur.

Paylaş