İnşaat mühəndisi vakansiyası

insaat muhendisi
Zeta Group-a daxil olan “Kensington” MMC “İnşaat mühəndisi” üzrə vakansiya elan edir.Namizədə tələblər:• Təhsil: Ali (İnşaat mühəndisliyi üzrə olması arzuolunandır)
• İş təcrübəsi: Inşaat mühəndisi üzrə +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis (yaxşı)
• Kompyuter bilikləri: MS Office (əla), Autocad, TeklaŞəxsi keyfiyyətlər:• Ünsiyyət qurmaq bacarığı
• Məntiqi təfəkkür, analiz etmə bacarığı
• İdarəetmə bacarığı
• Problem həll etmə bacarığıƏsas vəzifə öhdəlikləri:• Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
• Tikinti işlərinin həcminin, dəyərinin, keyfiyyət və kəmiyyətinin layihə-smeta sənədlərinə, tikinti standartlarına və texniki şərtlərinə uyğunluğuna nəzarət etmək;
• Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
• Forma №2 təhlili, görülən işlərə yerində baxış keçirilməsi, plandan kənar hal aşkarladıqda aktlaşdırılması və zəruri tədbirlərin görülməsi;
• Tikinti obyektlərində keçirilən tikinti, təmir, quraşdırma, yenidən təşkil və bərpa işlərində həyata keçirilən işlərə nəzarət etmək.İş şərtləri:• İş vaxtı 09:00 – 18:00
• İş günü 6/1 (Şənbə günü qısaldılmış iş günü)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 2000AZNMaraqlanan şəxslər öz CV formalarını cv@zeta.az ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd edin)
Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Paylaş