Stiv Cobs

Stiv Cobs, Stiven Paul Cobs (ing. Steven Paul “Steve” Jobs; 24 fevral 1955 – 5 oktyabr 2011) — tanınmış Amerika ixtiraçısı və biznesmeni. O, Apple şirkətinin yaradıcılarından biri, direktorlar şurasının sədri və baş icraçı direktoru idi. Cobs həmçinin Pixar şirkətinin icraçı direktoru idi; 2006-cı ildə Pixar şirkəti The Walt Disney Company-ni əldə etdikdən sonra onun direktorlar şurasının üzvü olur.

XX əsrin 70-ci illərin sonunda o, Apple-in digər təsisçiləri olan Stiv Voznyak, Maykl Markkula və digərləri ilə birlikdə Apple II seriyalı kommersiyal cəhətdən çox uğurlu olan şəxsi kompyuteri layihələndirir, istehsal və satışını təşkil edir. 1980-ci illərin əvvəlində isə o Macintoshun yaranmasına gətirib çıxaran istifadəçi üçün kompyuter siçanı-nı təkmilləşdirir.

1985-ci ildə direktorlar şurasından istədiyi dəstəyi ala bilməyən Stiv Cobs Apple-dan qovulur və o, daha sonra NEXT şirkətini qurur. Yeni şirkət universitetlər və biznes-strukturlar üçün kompyuter platforması hazırlamağa başlayır. 1996-cı ildə Apple qarşılıqlı razılaşma ilə NEXT şirkətini alır və Jobs yeni konqlomeratın sahiblərindən birinə çevrilir. O, həmçinin 1997-ci ildən şirkətin müvəqqəti baş icraçı direktoru olur, 2000-ci ildən isə bu vəzifəyə daimi təyin edilir. 2011-ci ilin avqust ayından icraçı direktor vəzifəsindən gedərək, vəfatına qədər Apple şirkətinin idarə heyətinin sədri olur.

1986-cı ildə Lucasfilm Ltd-nin kompyuter qrafikası bölməsini alır. 1995-ci ildə “Oyuncaqların hekayəsi” adlı cizgi filminin çəkiliş komandasında icraçı direktor kimi iştirak edir. O, həmin şirkətin 2006-cı ildə The Walt Disney Company tərəfindən alınana qədər direktoru və səhmlərinin 50,1 faizinin sahibi olur. Həmin alqı-satqıdan sonra yeni şirkətin 7 faiz səhminə nail olur və direktorlar şurasının üzvü olur.

 

Stiv Cobs 5 oktyabr 2011-ci ildə Kaliforniyada 56 yaşında xərçəng xəstəliyindən vəfat edir.

Lingualeo.com
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.