Oskar Şindler

Oskar Şindler – İkinci Dünya Müharibəsində,Polşada və bugünki Çexiyada olan hərbi və sursat fabriklərində işlətmək yolu ilə 1.200-ə qədər Yəhudini Yəhudi soyqırımdan qurtaran alman iş adamı.

Şindler 28 aprel 1908-ci ildə Avstriya-Macarıstan İmperatorluğunun tərkibində olan Moravia bölgəsində,Zwittauda anadan olmuşdur.Zwittau bu günki Çexiya Respublikasının vilayəti olub,”Svitanya” adlanır.

Fürsətləri dəyərləndirən bir çox iş adamları kimi o da Almaniyanın Polşanı işğal edəcəyi təqdirdə yaranacaq iş imkanlarını görürdü.Şindler Nasist Almaniyasının aryanlaşdırma siyasəti daxilində yəhudi sənayeçi Nathan Wurzelin Krakowdakı fabrikinin sahibi oldu. Şindler,Wurzelin tövsiyyəsinə uyaraq fabrikinin adını DEF (Deutsche Emmaillevvaren Fabrik) etdi və minalar istehsal etməyə başladı.Yəhudi mühasibçi İtzhak Stern köməkliyi ilə 1,000 nəfər Yəhudini kölə-fəhlə fabrikində işlətməyə başladı.Stern və Şindler ilk tanışlıqları zamanı Şindler ona əlini uzatmış,amma Stren onun əlini sıxmamışdır.Şindler bunun səbəbini soruşduqda Yəhudi olduğunu söyləmiş və bir Yəhudinin bir Almanın əlini sıxmasının qadağan olunduğunu demişdir.Şindler ona bir Alman arqo termini olan “Scheiße” (lənət olsun) cavabı olmuşdur.İlk başlarda Şindlerin motivasiyası pul olmuşdur.Dəfələrlə ixtisassız işçilərini əslində fabrik üçün önəmli biri olduğunu iddia etmişdir.Yəhudi iş adamını saxlamış,ancaq sonralar bütün işçilərini maddiyatı hesabına qorumağa başlamış,onların əsassız öldürülməsi və s. hallarda Şindlerin şikayətlərə və hökumətdən təzmniat tələblərinə yol açmışdır.

1942-ci ildə Krakow gettosuna edilən Yəhudi axına şahidlik edən Şindler,əsgərlərin buradakı yəhudiləri toplayıb Krakow-Plaszow düşərgəsinə daşınma proseslərin görmüşdür.Şindler,özü üçün çalışan bir çox Yahudinin öldürmə səhnəsi görüb dəhşətə gəlmişdir.Şindler,təkidi sayəsində “Şindlerin Yəhudiləri” (Schindlerjuden) olaraq tanınan işçilərini qorumaq üçün böyük bir şücaət göstərmişdir.Şindler DEF-də çalışan Yəhudiləri qurtarmaq üçün çox zaman qeyri-adi yollara baş vurmuşdur.Çox zaman şəxsi karizmasını və insanların sevgisini qazanma özəlliyindən istifadə,lazım olan zamanlarda isə “yaltaqlıq” etmişdir.Eric Silverin (Ədalətlinin Kitabı) (The Book of Just) kitabında bir hadisədən bəhs edir:- “İki Gestapo gələrək onun ofisinə girdilər və saxta polşalı sənədlərə sahib beş nəfərlik bir ailənin təslim edilmələrini istədilər.İçəri girmələrindən üç saat sonra Şindler dedi: -“İki sərxoş Gestapo,məhbusları və tələb etdikləri günahlandırıcı sənədlər olmadan ofisimdən çölə çıxdı.Şindlerin həmçinin gettodan uşaqları çölə çıxarıb,polşalı rahiblərə təslim etdiyi və rahiblərin uşaqları Nasistlərdən saxladıqları və ya onları xristian yetimlər olaraq təqdim etmələri də bilinir.Plaszowun komandanı Amon Göth ilə 700 Yəhudini yaxınlıqdakı bir fabrikə daşınmasında razılıq əldə olunmuş,beləliklə onları Alman gözətçilərinin yarada biləcəyi təhlükədən uzaqlaşmaları üçün şərait yaratmışdır.1942ci il İyun-Oktyabr arasıda Nasistlər gettoda 17,000əsirdən 14,000-ni Belzec ölüm düşərgəsinə yollamışdır.

“Şindlerin Yəhudiləri” işləyərkən

Şindlerin saxta malların dövriyyəsi və külli miqdarda pul oğurlanması şübhələri ilə iki dəfə həbs olunmuşdur.Komandir Amon Göth və digər SS zabitlərinin qanunən Reich-ə aid olan pul,zərgərlik və sənət əsərləri kimi Yəhudi mallarını özləri üçün saxlamalarına kömək etmişdir.Şindler bu malların satışında vasitəçilk etmiş və oğurluq malları saxlamışdır.Hər dəfə tutulmasından sonra əsasən rüşvət ilə cinayət işini əngəlləmiş və sərbəst qalmışdır.Bir dəfəsində vaqonlara yığılmış Yəhudiləri suladığı üçün (onların nəfəsləri çatmayıb və isti olduğu üçün) tutulmuş lakin zabit dostlarının sayəsində yenidən azadlığa çıxmışdır.

Qızıl Ordunun Auschwitz və şərqdəki digər düşərgələrin yaxınlarına gəlməsi ilə SS-lər qalan əsirləri qərbə doğru göndərməyə başladı.Şindler SS zabitlərini razı salaraq 1.100 Yəhudi işçisini Nasist işğalı altındakı Çexslovakiyada Sudetanland əyalətində yerləşən Brněnec-Brünnlitz’ə göndərilməsini təmin etmiş,bu sayədə onları ölüm düşərgəsindən qurtarmışdır. Brněnec’də bir digər Yəhudi fabriki eyni şəkildə alınaraq sursat(cəbhəxana) komponenti adı altında işlədilmiş,lakin yəhudilərin orda qaldığı müddətcə bir dənə də olsun sursat istehsal edilməmişdir.

Lingualeo.com
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.