Neft-qaz mühəndisliyi

Neft-qaz mühəndisliyi

Neft və qaz üzrə mühəndis neft və qaz yataqlarının kəşfiyyatı, həmçinin neft və qaz hasilatı ilə məşğul olur. Bu sahə ilk dəfə 1914-cü ildə American Institute of Mining, Metallurgical and Petroleum Engineers (AIME) institutunda tədris edəlməyə başlanılıb. Neft Mühəndisləri Cəmiyyəti (SPE – Society of Petroleum Engineers) dünya neft mühəndislərinin ən böyük işgüzar cəmiyyətidir və neft-qaz sənayesini dəstəkləmək üçün çoxlu texniki məlumat və digər resursları dərc edir.

Texniki mövzular, mentorluq və digər mövzuları müzakirə etmək üçün xüsusi bir platforma olan SPE Connect pulsuz onlayn kurslar (webinars) da təmin edir.

Neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələr bu profillərə bölünür: neft və qaz yataqlarının qazılması, neft və qaz hasilatı obyektlərinin istismarı, boru kəməri obyektlərinin tikintisi, geoloji kəşfiyyat texnologiyaları və s. Bu ixtisasın tələbələri boru kəməri nəqliyyatını, neft və qaz yataqlarının işlənməsini öyrənir, neft və qaz quyularının istismarı ilə məşğul olur, qazma işlərində hidromexanikadan istifadə etməyi və s. öyrənirlər.

Redaktə edən : Turan.A

Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.