Mark Elliot Zukerberq



Mark Elliot Zukerberq

Zukerberq 2004-cü ildə Harvard Universitetindən olan yoldaşları Dastin Moskovits, Eduardo Sovarın və Kris Hyuces ilə birlikdə ictimai paylaşma saytı Facebooku quraraq dünyanın ən gənc milyarderi olmasıyla tanınır.

Mark Zukerberq 14 may 1984-cü ildə Nyu-York şəhərində doğulmuşdur. Atası Edvard diş həkimi, anası Karen psixiatr olmuşdur.Yəhudi olaraq böyüdülməsinə baxmayaraq ateist olduğunu demişdir.

Liseydə oxuyarkən elm sahələrində bir çox mükafat alan Mark Zukerberq, ABŞ-ın ən nüfuzlu universitetlərindən biri olan Harvard Universitetinə daxil oldu. Universitetin ilk illərində ən yaraşıqlı və ən gözəl tələbələrinin seçildiyi www.facemash.com saytını düzəltdi. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu bilinən Mark, cəza verildiyi üçün təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk etmişdir. Bundan sonra Harvard Universitetinin tələbələrinin internet üzərində görüşdürmək üçün ikinci saytı olan Facebook saytını yaratdı. Facebook 18 ayda ABŞ-ın ən böyük ünsiyyət saytlarından biri oldu. Tezliklə facebook sərmayəçilərin çox böyük marağına səbəb olur və bu gün sahib olduğu 13 milyard 500 milyon dollarlıq büdcəyə malik olur. Mark Zukerberqin Facebook saytı 2011-ci ilin The Brand Finance Global 500 siyahısına görə dünyanın ən dəyərli 281-ci markası olur.

  • O, 2009-cu ildən qalstuk taxdığını deyir.
  • O, həmişə futbolka geyinir. Çünki çox rahatdır, praktikdir, tez geyinmək və səhərlər vaxta qənaət etmək olur.
  • Mark vegeteriandır. Amma bir müsahibəsində deyib ki, ancaq özünün kəsdiyi heyvanların ətini yeyəcək.
  • Onun “Beast” ləqəbli itinin Facebook səhifəsinin 2 milyon izləyicisi var.
  • Markı tənqid edirdilər ki, 19 milyard dolları olmağına baxmayaraq toyda öz həyat yoldaşına cəmi 25 min dollarlıq üzük taxıb.
  • 2010-cu ildə Markı “Time” jurnalı ilin adamı seçib.
  • “Simpsonlar” multserialında Mark Zukerberq özünü səsləndirib.
  • Zukerberq daltonikdir. O yaşıl və qırmızı rəngləri seçə bilmir. Amma göy rəngi çox yaxşı görür. Ona görə də Facebookda göy rəng üstünlük təşkil edir. “Göy rəngi mənim üçün ən zəngin rəngdir. Mən göyün bütün çalarlarını görə bilirəm”- o deyir.
Lingualeo.com
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.