Geologiya Mühəndisliyi

Geologiya Mühəndisliyi

Geoloji mühəndisliyinə strukturların layihələndirilməsi, yer və onun resursları ilə bağlı problemlərin həlli daxildir. Bu ixtisas üzrə təhsil alan tələbələrə minerologiya, mühəndisi geologiya, ümumi geologiya, iqtisadiyyat, ali riyaziyyat, kimya, fizika, geokimya və s. kimi fənlər keçilir. 

Geologiya mühəndisləri smeta-müqavilə sənədləri tərtib etməyi, müəyyən iş haqqında hesabat tutmağı, binalar, qurğular və tikililər yoxlamağı, süxurları yoxlamağı və süxurlardan nümunə götürməyi, mühəndisi-geoloji işlər aparmağı, obyekt tikilməsi məqsədi ilə sahəni təhlil etməyi və s. bacarırlar.  Bu ixtisas
təşkilati bacarıqların olmasını tələb edir, belə ki, mühəndis-geoloq qruplarda rəhbər kimi fəaliyyət göstərir. Mühəndis-geoloq iş səfərlərində daha çox olur. Kəşfiyyat, əsasən, əhali yaşamayan yerlərdə aparılır, buna görə də mühəndis-geoloq yüksək müşahidəçilik qabiliyyətinə və yaxşı yaddaşa malik olmalı, çətinliyə fiziki cəhətdən hazır olmalıdır.

Redaktə edən : Turan.A

Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.