Cek Ma

O turistləri gəzdirirmiş

Əsl adı Yun Ma olsa da, hazırda bütün dünya onu Cek Ma kimi tanıyır.

Yun Ma 10 sentyabr 1964-cü ildə Çinin ən böyük şəhərlərindən olan Xançjouda anadan olub.

Dəqiq fənlər üzrə təmayüllü məktəbdə təhsil alıb. İngilis dilini öyrənməyə üstünlük verən Ma hətta dil qabiliyyətini genişləndirmək üçün Çinə gəzməyə gələn turistlərə bələdçilik də edib.Tərcümeyi-halında qeyd edilənlərə görə, gələcəyin iş adamı 8 yaşında velisopedinə minib otel-otel gəzir və turistlərə öz xidmətlərini təklif edirmiş:

Böyük Pullar Ardınca :

1992-ci ildə Çində ilk dəfə qeyri-dövlət şirkətləri yaranmağa başlayır. Ma güclə fast-food restoranlar şəbəkəsi olan “Kentucky Fried Chicken”ə menecer köməkçisi vəzifəsinə düzəlir. 1995-ci ildə ilk dəfə tacir nümayəndə heyətinin tərkibində Sietlə gedir. Amerikada dostlarından biri onu internetlə tanış edir. Ma “Yahoo!” vasitəsiylə Çinlə bağlı yararlı nəsə tapmağa çalışsa da, bazada ölkəsi haqqında heç bir məlumatın olmadığını görür. Bu, Ma üçün şansa çevrilir. Ömründə klaviaturaya əli dəyməyən Yun Ma internet şirkəti yaratmağı qərara alır. 2000 dollar borc götürərək ilk veb saytını – Çin haqqında online axtarış saytı olan “China Pages”i yaradır:

Nəzərə çatdıraq ki, bu işdə onun yeganə rəqibi dövlət şirkəti “China Telecom” olur. Bir qədər sonra “China Telecom” Maya birlikdə müəssisə yaratmağı və dəyəri 185 milyon dollar olan layihəni maliyyələşdirməyi təklif edir:

İnvestor axtarışları nəticəsiz qalan Yun Ma 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır. Yun Ma dostlarından 60 min dollar toplamağı bacarır. Beləliklə, 1999-cu ildə B2B meydanında “Alibaba.com” yaradılır.

Lingualeo.com
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.