Ceff Bezos

“Amazon.com” şirkətinin qurucusu, rəhbəri, baş icraçı direktoru.

Ceff Bezos 12 yanvar 1964-cü ildə Nyu-Meksiko ştatının Albukerke şəhərində dünyaya gəlib. Valideynlərinin evliliyi bir ildən artıq davam etməyib. Ceff doğulandan sonra onlar boşanıblar. 5 yaşı olarkən anası ABŞ-a təhsil almağa gələn kubalı Migel Bezos ilə ailə qurub. Ona görə də Ceff ögey atasının soyadını daşıyır.

1994-cü ildə şəxsi şirkətini – “Amazon.com”u təsis edir. Onda Ceff öz qərarını belə xarakterizə edir:

“Mən həqiqətən bu ağılsızlığı etməyə hazırlaşıram. Mən internet vasitəsilə kitabların satışı ilə məşğul olacaq şirkətin əsasını qoymaq niyyətindəyəm”.

Qısa zaman ərzində “Amazon.com” artıq ABŞ-ın “Barnes & Noble” kimi ən böyük ənənəvi kitab satışı şirkətilə müvəffəqiyyətlə rəqabət aparırdı. Bu səbəbdən “Barnes & Noble” şəxsi internet mağazaları açır. Ceff Bezosun əsas uğuru müştərilərə fərdi yanaşmasında idi.

1999-cu ildə “Amazon.com”un satış həcmi 8 milyard dollara çatır. Həmin il “The Times” jurnalı onu “ilin adamı” adlandırıb.

Ceff Bezos əldə etdiyi uğurlarla kifayətlənməyib. XXI əsrin başlanğıcında o, yeni şirkət yaradıb: “Blue Origin”. Şirkət zamanla kosmik nəqliyyat vasitələrinin və texnologiyaların hazırlanması ilə məşğul olur.

Lingualeo.com
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.
Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.