Laboratoriya mütəxəssisi vakansiyası

Şirkət:  A+CO MMC

Vəzifə: Laboratoriya mütəxəssisi

İş qrafiki: 6 günlük
Əmək haqqı: 1000-1500 AZN

Vəzifə tələbləri:

1. Göstərilən vəzifə üzrə ən azı 4 il iş təcrübəsi
2. İstehsal məhsullarının tərkibini bilməli (energetik içki sahəsində)

Vəzifə Öhdəlikləri

2.1. Xammalın, yarımfabrikatların  və  hazır məmulatların  keyfiyyətinə, onların standartlara və keyfiyyət sertifikatlarına uyğunluğuna nəzarətin təmin edilməsi;
2.2. Texnoloji prosesin düzgün aparılmasına, resepturlara riayət olunmasına, hazır məhsulun və yarımfabrikatların keyfiyyətinə nəzarət edilməsi;
2.3. Dequstasiyaların aparılmasını təşkil edir, yeni resepturların işlənib hazırlanmasında iştirak edir;
2.4. Sınaq avadanlıqlarının və ölçmə vasitələrinin vəziyyətinə, vaxtında yoxlanmasına və attestasiyadan keçirilməsinə, onların xidmət və təmirinə nəzarəti təmin etmək;

2.5. Xammalların, köməkçi materiallarının və istehsal olunan məhsulların sınağını  normativ sənədlərdə göstərilən üsul və qaydalara uyğun şəkildə yerinə yetirmək;
2.6. Məhsulların zahiri görünüşünün normativ sənədlərin tələblərinə uyğun olmasına nəzarət etmək; 
2.7. Laboratoriyada olan sınaq avadanlıqlarından , cihazlarından və ölçmə texnikasından təlimata uyğun istifadə etmək;
2.8. Avadanlıqların həddindən artıq yükləmə və yaxud düzgün olmayan istismar rejimində işlətməmək;
2.9. Laboratoriya işçilərinin daim öyrədilməsini və ixtisaslarının artırılmasını təmin etmək;
2.10. Laboratoriya jurnallarının doldurulmasını və onların saxlanmasını müəyyən olunmuş qaydada yerinə yetirmək;
2.11. Xammalın, yarım fabrikatların, hazır məhsulun sınaqları və keyfiyyəti haqqında rəhbərliyə məlumat vermək;
2.12. Xammalın, yarımfabrikatların, hazır məhsulun giriş nəzarəti zamanı muəyyən olunmuş çatızmamazlıqları haqqında əsaslandırılmış etirazlar hazırlamaq;
2.13. Xammallardan, köməkçi  materiallardan və hazır məhsullardan normativ sənədlərin tələblərinə uyğun olaraq nümunə götürmək;
2.14. Məhsulun keyfiyyətinə gələn şikayətlərin və zay məhsul istehsalının səbəblərinin araşdırılmasında iştirak etmək;
2.15. Laboratoriya otaqlarını sanitariya qayda və normalarına, əməyin təhlükəsizliyi tələblərinə və yanğın təhlükəsizliyi qaydalarına uyğun vəziyyətdə saxlamaq; 
2.16. Sınaqların nəticələrinin məxfiliyinə riayət etmək;                                           
2.17. Mütərəqqi sınaq üsulları və eksperimentlərin tədbiqi üçün işlər aparmaq;
2.18. Yeni sınaq avadanlıqlarının və ölçmə  vasitələrinin istifadə olunmasını mənimsəyib tətbiq etmək;
2.19. Sınaq nəticələrini və sınaq protokollarını hazırlamaq;
2.20. Keyfiyyətə nəzarətə və  rəhbərliyə  korreksiyalar hazırlamaq.
2.21. Sınağın keyfiyyətli aparılması üşün birbaşa məsuliyyət sınağı aparan işçi üzərinə düşür. 
2.22. Laboratoriyanın texniki əməkdaşları sınaq nəticələrinin yayılmaması haqqında təlimatlandırılmalıdır, sınaqların nəticələrinin məxfiliyinə riayət etməlidirlər. Bu şərti yerinə yetirməyən əməkdaş sınaqdan kənar edilir.
2.23. Laboratoriyanın əməkdaşlarının  işinə mənfi təsirlərin qarşısını almaq məqsədilə, kənar şəxslərin sınaqları aparılan otaqlara, nümunələr və reaktivlər saxlanan sahələrə icazəsiz daxil olması qadağan edilməlidir. Bu haqda laboratoriyaya ğirişdə xüsusi yazı olmalıdır. Kənar şəxslərin laboratoriyaya daxil olması (direktorun razılığı olduğu halda da) yalnız laboratoriya müdürünin icazəsindən sonra ola bilər.  
2.24. Sifarişçinin sınaq nəticələrinin obyektiv olmasına inanması ücün ona öz istəyi ilə sınaqlarda iştirak etməsinə şərait yaradılmalıdır.
2.25. Sınaq nəticələri qəsdən təhrif edilibsə, bunu edən, yaxud buna şərait yaradan şəxs inzibati, maddi və hüquqi məsuliyyətə cəlb edilir. Bu əməkdaşın işdən azad olması ücün əsas ola bilər.
2.26. Kənardan sınağın aparılmasına xüsusi göstərişlərin  verilməsi laboratoriyanın işinə müdaxilə halı kimi qiymətləndirilir.
2.27. Beynəlxalq standartlar, dövlətlərarası standartlar, respublika standartları, beləliklə  sınağa və məhsula lazım olan bütün normativ – texniki sənədlər laboratoriyanın texniki sənədlər otağında saxlanılır.
2.28.  Laboratoriyanın işçilərinin normativ-texniki sənədlər bankından sərbəst istifadə edə bilməsi üçün tam şərait olmalıdır.
2.29. Laboratoriya işçilərinin peşəkarlıq səviyyəsinin üzə çıxması, işini düzgün qavraması üçün laborator daxili siyasət və prosedurlar işlənməlidir.
2.30. Normativ – texniki sənədlər bankı  laboratoriya işçilərinin sifarişi əsasında dəstləşdırılır. Ölçmə vasitələrinə, onların yoxlanılmasına aid normativ –texniki sənədlər laboratoriyada saxlanılır. 
2.31. Sınaq üsulları normativ-texniki sənədlərin tələblərinə əməl olması üçün cavabdehlik, sınaq nəticələrinin etibarlı və obyektiv olması üçün məsuliyyət, sınağı aparan işçi üzərinə düşür.
2.32. Hər bir sınağı aparmazdan əvvəl sınağı aparmaq üçün cavabdeh olan işçilər istismar sənədlərinə uyğun olaraq ölçmə və sınaq vasitələrini yoxlayıb onun saz olmasına əmin olmalıdır.
2.33. Laboratoriyanın apardığı sınaqların keyfiyyəti, laboratoriyalar arası tutuşdurma sınaqları və nümunələrin təkrar müqayisə sınaqlarına təqdim edilməsi yolu ilə yoxlanılır.
2.34. Bütün sınaq növləri aparıldıqdan sonra nəticələr təhlil edilir və sınaq protokollarına yazılır.
2.35. Sınaq protokollarını laboratoriya müdiri imzalayır.  Sınağın aparılmasına aid texniki xarakterli iddialar laboratoriyada müzakirə edilir ki, onlar bir də təkrar olunmasın.
2.36. Əgər iddia qəbul edilibsə, sınağın nəticələri ləğv edilir və sınaq yenidən aparılır.
2.37. Ölçmə vasitələri üzərində nəzarəti saxlayır,  onları vaxtında yoxlamağa və kalibrləşməyə verilməsində iştirak edir, qabaqcıl ölkələrin ölçmə və sınaq sahəsində iş təcrübəsini öyrənib tədbiq edir.
2.38. Laboratoriya heyəti muhəndis-texniki işçilər üçün müəyyən olunmuş qaydada attestasiyadan keçməlidir. Atetestasiyadan keçməyən işçilər sınaq  prosesinə buraxılmır.

Müraciət üçün elshan.valizade@aplusco.az adresinə CV-nizi göndərə bilərsiniz. CV-nizi göndərərkən mövzu yerinə “Laboratoriya mütəxəssisi” vəzifəsini qeyd etməyiniz tövsiyyə olunur.

istinad : sobsearch.az

389 total views, 1 views today

[Total: 0    Average: 0/5]
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.