Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis

Vəzifənin adı: Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis

Təcrübə müddəti: 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İxtisas Bilikləri və Bacarıqları: 

Havalandırma, isitmə və soyutma sistemləri, kondisionerlər haqqında yaxşı səviyyədə biliklərə sahib olmaq

Kompyuter Bilikləri: MS Office proqramlarını bilmək

VƏZİFƏ FUNKSİYALARI: 

– Marketlər şəbəkəsində mərkəzi havalandırma sistemləri və kondisionerlər ilə bağlı müntəzəm olaraq yoxlamaları həyata keçirmək
– Yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy və göstərişlər vermək
– Havalandırma, isitmə və soyutma sistemlərinin güclərini hesablamaq və marketin sahəsinə uyğun rəy vermək
– Müvafiq hesabatları hazırlamaq

İş yeri: Bakı şəhəri

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Havalandırma, isitmə və soyutma sistemləri üzrə mühəndis” qeyd edilməsi xahiş olunur. 

 

 

ƏN TƏHLÜKƏLİ YOLLAR

1. D915 Yolu və ya Bayburt  Yolu, Türkiyə

Yolun bir tərəfi dağ yamacı, digər tərəfi isə  ölümlə nəticələnə biləcək yüz min metrlik uçurumdur. Heç bir qoruyucu baryerlərin olmaması, həmçinin qaya və torpaq sürüşmələri – “xoş və rahat yol” üçün başqa nə lazımdır? D915 yolu  təcrübəli sürücülər üçün əsl sınaqdır və 29 sərt döngə dağın həyacınını tam hiss etdirəcək gücdədir. Bəzi döngələr çox dar olduğundan, 2 avtomobilin eyni zamanda dönməsi mümkün deyil. Yük maşını və ya avtobusla getdiyiniz halda bu ciddi bir problem ola bilər. Bayburt yolu, dəniz səviyyəsindən 1820 metr yüksəklikdə yerləşir, buda o deməkdir ki, burada daim qar və yağış yağır. Lakin, bütün təhlükələrə baxmayaraq, yerli sakinlər mütəmadi olaraq bu yoldan istifadə edirlər və bütün mümkün nəqliyyat növləri ilə yola düşürlər.

2. Şeytan Tramplini (Trampolín del Diablo), Kolumbiya

Şeytan tramplini sözü Kolumbiya dağ yolunun təhlükəliliyini və darlığını təsvir edir. Hündürə qalxdıqca təhlükə daha da artır. Lakin ən dəhşətlisi tamamilə sərt  və kəskin döngələrdir. Bütün bunlara baxmayaraq, burada iki istiqamətli yol mövcuddur və həm minik avtomobilləri ilə, həm də böyük avtobuslarla bu yoldan istifadə olunur. Yaşam mücadiləsini duman və uçurumlar dahabda çətinləşdirir. Dağın zirvəsində səyyahları La Laguna adlı gözəl kiçik kənd və gözəəl mənzərələr gözləyir.

Davamını oxu

[Total: 0    Average: 0/5]
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.