SOCAR Daxili təqaüd imtahan vaxtı açıqlandı.

[spu popup=”2986"]YOUR TEXT OR IMG HERE[/[/spu]p>

DİQQƏT! Daxili Təqaüd Proqramının 1-ci turu – test mərhələsi barədə
Daxili Təqaüd Proqramı üzrə test mərhələsi SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən 21, 22, 28, 29 aprel 2018-ci il il tarixlərində keçiriləcəkdir. Namizədlər imtahan tarixləri və FİN nömrələri (testə başladığınız zaman tələb olunacaqdır) barədə ətraflı məlumatı buradan əldə edə bilərlər. Nəzərinizə çatdırırıq ki, test imtahanına yalnız şəxsiyyət vəsiqəsi olanlar buraxılacaqlar. Müvafiq sənəd olmadıqda və ya sənəddə uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqdır. (Ünvan: Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi 26, “Qara Qarayev” metro stansiyası, “Planet” şadlıq evinin arxası, Nizami rayon məhkəməsi ilə üzbəüz)

İmtahan haqqında qısa məlumat:
Müsabiqənin 1-ci turu ilkin seçim mərhələsində adının qarşısında “seçildi” statusu olanların məntiqi bilik səviyyəsinin müəyyən olunması üzrə test imtahanından ibarətdir. Testlər 40 sualdan ibarətdir. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt verilir.

İmtahana aşağıdakıları gətirmək qadağandır:
– Mobil telefon və digər yardımçı vasitələr;
– Konspekt;
– Əl çantaları və s.
Üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və onlar imtahandan kənarlaşdırılacaqlar. İmtahanın nəticələri saytımızda elan olunacaq.
2-ci tur-müsahibələrə keçmək üçün keçid balı imtahanların nəticələri məlum olduqdan sonra SOCAR tərəfindən təyin olunacaqdır.

15,167 total views, 65 views today

[T[Total: 2    Average: 4/5]
Bu xəbəri WhatsApp, Facebook və digər social şəbəkələrdə paylaşa bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Gözləyin...

Bizim xəbərlərə abunə ol.

Yeni aktivlik, Xəbərlər, Təcrübə proqramları , Vakansiyalar və.s ilk öncə sən xəbərdar olmaq istəyirsənsə abunə ol.