3 AYLIQ TƏCRÜBƏ PROQRAMI

3ayliq tecrube proqrami

“YOUTH INC.”-DƏ 5 FƏRQLİ İSTİQAMƏT ÜZRƏ 3 AYLIQ TƏCRÜBƏ PROQRAMI

Öz üzərində çalışmağa və ən əsası yorulmadan öyrənməyə həvəsli dostlarımızın diqqətinə!  Yeni dərs ilində dərsdən sonra asudə vaxtınızı dəyərləndirmək üçün böyük fürsət. “Youth Inc.” tərəfindən 5 fərqli istiqamət üzrə 3 aylıq təcrübə proqramına müraciət açıq elan olunur.

Biznesin İnkişafı (BusinessDevelopment) və Beynəlxalq İqtisadiyyat
Part time iş imkanı;

Araşdırma aparmaq üçün həvəslilik;

Dil bilikləri: İngilis dili mütləqdir (araşdırma və yazı), Rus dili arzuolunandır;

Startap və sahibkarlıq sahəsi üzrə ilkin məlumatlılıq.

 Sosial Media Marketinq (SMM)
Part time iş imkanı;
Müvafiq sahə üzrə məlumatlılıq, sosial media şəbəkələri haqqında ilkin biliklər;
Sosial media trendlərinin və yeniliklərin izlənilməsi;
Araşdırma aparmaq üçün həvəslilik;
Dil bilikləri: İngilis dili mütləqdir, Rus dili arzuolunandır.

Kopiraytinq
Part time iş imkanı;
Azərbaycan dilində qrammatik səviyyədə yüksək dəqiqlikdə və sürətdə yazı qabiliyyəti (Əlavə olaraq İngilis dili mütləqdir, Rus dili arzuolunandır);
Araşdırma və toplanılmış materialların tərcüməsi üçün həvəslilik;
Kitab oxumağa həvəsli olmaq.

 Dizayn
Part time iş imkanı;
Adobe Photoshop və Illustrator ilə minimal iş bacarığı;
Dizayn və sosial media trendlərinin daima izlənilməsi;
Dil bilikləri: İngilis dili və Rus dili arzuolunandır.

Əgər qeyd olunanlar və daha çoxunu özündə görürsənsə 𝐢𝐧𝐭𝐞𝐫𝐧@𝐲𝐨𝐮𝐭𝐡𝐢𝐧𝐜.𝐚𝐳 ünvanına müraciət etmək istədiyin istiqamət üzrə e-mail başlığı qoyaraq (məs: Intern – Dizayner) CV yaxud Portfolionu yolla (Son müraciət tarixi: ..).
Təcrübə proqramının müddəti 01.10.2019 – 01.01.2020.

.: Müraciət tələbləri zamanı gender fərqi nəzərdə tutulmamışdır və üstünlük tələbələrə veriləcəkdir.

Paylaş